Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə açıqdır.
Bakupost.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Yaranmış fasilə əslində Kiyev rejiminin bu dialoqu davam etdirmək istəməməsi səbəbindən baş verib”, – deyə o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbul prosesinin davamına ümid ifadə edən sözlərini şərh edərkən bildirib.