Ukrayna üzrə yeni sülh sazişinin hazırlanmasında Türkiyə və Qətər iştirak edir.
Bakupost.az xəbər verir ki, bu barədə "Moskovskiy Komsomolets" qəzeti məlumat yayıb.
Məlumata görə, bu təşəbbüs ABŞ tərəfindən irəli sürülüb, Türkiyə ilə Qətər isə bu vasitəçilik səylərini dəstəkləyib.
Mənbələrin bildirir ki, Qətər və Türkiyənin daha əvvəl Qəzza zolağında nümayiş etdirdiyi münaqişələrin həlli təcrübəsi Ukrayna məsələsində də faydalı ola bilər.
Məlumata görə, ötən həftəsonu Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə Ukrayna prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Rustem Umerov arasında danışıqlarda Qətərin yüksək vəzifəli nümayəndəsi də iştirak edib. Umerovun bu danışıqları aparmaq üçün prezident Zelenskidən səlahiyyət aldığı bildirilir və nəticədə bir sıra razılaşmalar əldə olunub.
Qəzetin iddiasına görə, Umerovla görüşdən əvvəl Uitkoff planın detalları barədə Rusiya nümayəndəsi Kirill Dmitriyevlə də ətraflı müzakirələr aparıb.