Ru
10:59 / 01 Noyabr 2025

Təranə və Qumraldan Şəbnəmə cavab: “Gözə girdi”

Təranə və Qumraldan Şəbnəmə cavab: “Gözə girdi”
Eye

Təranə Qumral və qızı Qumral Şəbnəm Tovuzlunun səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bakupost.az "Yeni Sabah"a istinadla xəbər verir ki, Təranə Şəbnəmin geyimlərinin əndazədən çıxdığını deyib:

"Şəbnəm yaxşı qızdır, amma xasiyyətinə görə çox adam ona yapışmır. Maraqlı geyimləri var, - deməzdim. Elə şalvarlar, açıq paltarlar geyinib ki, konsetlərində hər oxuyan elə geyinmir. Ən çox əndazəli geyinən də odur. Mən həmişə boş və qapalı geyinmişəm, amma o yox. Bir konsertinə motosikletdə gəlmişdi. Şəbnəm o qədər də tanınmırdı, bir az məşhurlaşdıqdan sonra bədənşəkilləndirmə edib gözə girdi".

Qumral isə bildirib ki, hamı özünü "ən yaxşılar" siyahısında görür:

"Heç kəs öz ayranına turş deməz. Hamı deyəcək ki, ən yaxşı mənəm. Bu, düzgün yol deyil. Hər kəs özünü düz görür. Şəbnəm elə bir təbəqədə deyil ki, hər kəs ona baxıb geyinsin, ona oxşar hərəkətlər etsin. Öz fanatları varsa, bu o demək deyil ki, hamı ona uyğun olacaq. Seçim arasında qalsam, Vəfa Şərifovanı seçərəm".

Xatırlatma: Şəbnəm Tovuzlu efirdə bildirmişdi ki, bəzi həmkarları ondan geyim və səhnə mədəniyyəti öyrənməlidirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar