Ru
09:36 / 24 Dekabr 2018

Texnikumlara 9-cu sinifdən qəbul qaydaları dəyişdi - QƏRAR

Texnikumlara 9-cu sinifdən qəbul qaydaları dəyişdi -  QƏRAR
Eye

 


Nazirlər Kabineti "Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. 



BakuPost-un məlumatına görə, indiyə qədər orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu cari tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə, yəni 200 ballıq şkala üzrə topladıqları bala əsasən Dövlət İmtahan Mərkəzi  tərəfindən həyata keçirilib.



Dəyişikliyə əsasən bundan sonra orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu cari deyil, müvafiq tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən, amma artıq 200 deyil, 300  ballıq şkala üzrə topladıqları bala əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. 



Bu Qaydalarda "müvafiq tədris ili” dedikdə, buraxılış imtahanının nəticələrinin qüvvədə olduğu tədris ili (cari və növbəti) nəzərdə tutulur.



Beləliklə, orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında  qəbul imtahanı qaydaları tam dəyişib. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada aşağıdakı iki mərhələdə keçirilir:

- birinci mərhələdə abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 20, xarici dil fənnindən 15 və riyaziyyat fənnindən 10 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 bal olmaqla, cəmi 90 baldır. İmtahanın davametmə müddəti 3 saatdır;

- ikinci mərhələdə abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 70 bal olmaqla, cəmi 210 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir. Bu imtahanın nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir və "məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar. Hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunur və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir.  Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.



İstisna hal odur ki, müvafiq tədris ili üzrə müsabiqədə abituriyentlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər və qəbul imtahanı, eləcə Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan vermirlər. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində imtahan verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənnindən Mərkəz tərəfindən müəyyən edilən şərtə uyğun nəticə əldə etməlidirlər. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris ingilis, gürcü və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər. Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında keçirilən tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanında iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir. Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. I qrup gözdən əlilliyi olan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti birinci mərhələdə 1 saat artırılır.


Şərhlər
  • Zəfər Qəmbərov

    Mən kolecə vermək isdyirəm lakin atestat qiymətimde iki fəndən ilik qiymətim 2di kolecə vers bilərəm?

  • Nicat

    Salam mən 9 sinif şagirdiyəm 86 bal toplamışam hansı kollecə qəbul ola bilərəm?

  • Deniz memmedova

    Men 100 bal toplasam texnukuma daxil ola bilerem?

  • Zalov Kamal

    Bu ilin9sinif kolleclerin lisey.texnikum.imtahani hacandi rus bolmesi

  • Namiq məmmədov

    9cu sinif buraxılış imtahanında toplanan bal kollecə qəbul da hesablanır yoxsa əlavə 2 imtahan verirlər xahiş kimsə açıq şəkildə izah edə bilər

  • Qalib mürşüdov

    Texnikoma 100 bal ilə girmək olarmı?

  • İsgəndərova Zenfira

    Salam ibtidai sinif rəhbəri üçün tam olaraq neçə bal lazımdır. Və əsas sualım budur ki texnikomu 4 il oxuyuruq ? Sonra imtahan veririk?

  • Şahverdiyeva Aysel

    Salam mən 67.7 hansı sumqayıta kalecdə pulsuza düşə bilərəm mi?

  • Stepa Rasayev

    Salam men 49.10 bal yığmışam mən kollece hansı ixtisasa düşə bilərəm ?

  • .....

    Salam, 160 balla kollece girmek olar ve pulsuza düsmek olur

  • Nermin Mirzeliyeva

    Salam men 9cu sinif sagirdiyem.Imtanadan az neticem olub 53 bal bu balla hansi pese mektebine qebul ola bilerem?Zehmet olmasa sualimi cavablandirardiniz.

  • Səidə Ağazadə

    Salam mən 9 cu sinifdən 58 bal yığmışam 58 balnan kollecə düşə bilərəm hansı sahəyə?

  • Türkan Soltanova

    53 balla neye qəbul olunur

  • huseyinli zehra

    salam men tibb bacisi olmaq isdiyirem hansi fenlere calism birde ne qeder bal isdiyir zehmet olmasa deye bilersiz

  • Usta

    Doqurdan da verilen suallara baxanda adam dehsete gelir.Bu qeder cahillik olmaz axi.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar