Ru
08:42 / 20 Avqust 2025

Tibb tarixində sensasiya - Qopmuş başı yerinə tikdilər

Tibb tarixində sensasiya  - Qopmuş başı yerinə tikdilər
Eye

Şanxayda həkimlər istehsalat zədəsi səbəbindən başı bədənindən demək olar ki, qopmuş adamın həyatını xilas ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Qeyd olunub ki, şəhər sakini robot qolu ilə boyun nahiyəsindən aldığı zərbə nəticəsində xəsarət alıb.

Həkimlər ona boyun fəqərələrinin “baş və bədənin ayrılmasına” bənzər ciddi yerdəyişməsi, sinir və qan strukturlarının qopması, həmçinin onurğa beyninin əzilməsi diaqnozu qoyublar.

Kişi iflic keçirib və ürəyi dayanıb, lakin sonradan ürəyin fəaliyyəti bərpa edilib. Əməliyyat üç saat davam edib. Bu müddət ərzində həkimlər nəhəng hematomu çıxarıblar, kəsilmiş boyun fəqərələrini bərpa ediblər və xüsusi polad tutucu bağlayıblar.

Xəstə artıq özünə gəlib və xəstəxanadan evə buraxılıb. Artıq kişi müstəqil olaraq çiyinlərini və biləklərini hərəkət etdirə bilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar