Ru
14:33 / 03 İyun 2026

Tiflis İrəvanı da BTQ-yə qoşmaq istəyir: Bakı üçün sərfəlidirmi?

Tiflis İrəvanı da BTQ-yə qoşmaq istəyir: Bakı üçün sərfəlidirmi?
Eye

Bakı-Tiflis-Qars(BTQ) dəmir yolunun iyunun 2-də rəsmi açılışının ardınca Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, Ermənistan da BTQ layihəsinə daxil edilə bilər.

Bakupost.az xəbər verir ki, Kobaxidze tranzit xidmətlərinin inkişafı da daxil olmaqla, ermənilərlə tərəfdaşlığı dərinləşdirməyə hazır olduqlarını deyib.

Gürcüstanın birləşdirici funksiyasının inkişafından danışarkən gürcü baş nazir Ermənistana böyük diqqət yetirdiklərini söyləyib.

Qeyd edək ki, Zəngəzur dəhlizi meydana çıxandan sonra Tiflis Gürcüstan istiqamətindən gedən marşurutun mövqeyinin zəifləyəcəyindən ehtiyat etməyə başlayıb. Bu fonda Kobaxidze İrəvanın da Bakı-Tiflis-Qars layihəsinə daxil edilməsinin mümkünlüyünü bəyan edib.

İqtisadçı ekspert Fuad İbrahimov Bakupost.az-a bildirib ki, Kobaxidzenin bu açıqlaması Tiflisin öz ərazisindən keçən marşurutlarda şaxələnmiş daha çox tranzit xətlərini yaratmaq niyyətindən, həmin layihənin daha çox cəlbedici olduğunu qabartmaq istəyindən qaynaqlanır:

“Orta dəhlizin əsas mahiyyəti Şərqlə Qərb arasında olan yükdaşıma prosesini həyata keçirmək, əlaqələrin elastikliyinə nail olmaqdır. Burada elə bir həcmdən söhbət gedir ki, gecə-gündüz 24 saat işlənilsə də belə, ayrıca götürdükdə Zəngəzur dəhlizi, nə Bakı-Tiflis-Qars dəmir yolu, nə də İran üzərindən bu yükü aşırmaq mümkün olmayacaq. Gürcüstanın İrəvanı da Bakı-Tiflis-Qars dəmir yolunda iştiraka dəvət etməsi əslində Tiflisin öz ərazisində şaxələnmiş daha çox tranzit xətləri yaratmaq istəyinə xidmət edir. Tranzit xətləri isə gəlirdir”.

Ekspertin sözlərinə görə, əslində hər üç yolun, həm Gürcüstan, həm Zəngəzur yolu, həm də İran istiqamətindən hərəkətlərin, hər birinin öz özəllikləri var:

“Qars istiqamətindən TransAnadolu ilə Avropaya çıxırıq. Zəngəzur dəhlizi isə iqtisadi cəhətdən daha əlverişlidir. Çünki yol daha qısadır və coğrafi yerləşmə baxımından həmin ərazidən keçid daha ucuz başa gəlir”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar