Serbiya Superliqasının “FK Radniçki 1923” klubunun baş məşqçisi Mladen Jijoviç oyun zamanı vəfat edib.
Bakupost.az xəbər verir ki, qarşılaşma zamanı infarkt keçirən “FK Radniçki 1923” klubunun baş məşqçisi Mladen Jijoviçin həyatını itirdiyi bildirilib.
Serbiya Futbol Federasiyasının açıqlamasına görə, 44 yaşlı mütəxəssis “Mladost Luçani” ilə “FK Radniçki 1923” arasında keçirilən oyunun 22-ci dəqiqəsində qəfil yerə yıxılıb və ürək tutması keçirib.
Xəstəxanaya aparılan Bosniya və Herseqovinalı baş məşqçinin bütün tibbi müdaxilələrə baxmayaraq həyata qaytarmaq mümkün olmayıb.