Ru
14:31 / 14 Aprel 2026

Tikinti materialları bahalaşır: Evlərin qiyməti artacaqmı?

Tikinti materialları bahalaşır: Evlərin qiyməti artacaqmı?
Eye

Cari ilin ilk aylarında inşaat materiallarında müəyyən bahalaşma halları müşahidə edilməkdədir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun bildirdiyinə görə, anoloji dövrdə topdansatış qiymətlərində ciddi dəyişiklik olmasa da, logistika xərci tələb edən bəzi materiallarda artım qeydə alınıb. Onun sözlərinə görə, pərakəndə satışda sement, taxta və armatur qiymətlərində təxminən 5-10 faiz artım baş verib.

V. Oruc qeyd edib ki, hazırda bazarda taxtanın bir kubmetri növündən asılı olaraq 340-420 manat, sementin bir kisəsi 7,50-9 manat, kərpic 35-45 qəpik, armatur isə ton üzrə 750-950 manat aralığında təklif olunur.

O həmçinin proqnozlara əsaslanaraq bildirib ki, 2026-cı ildə ümumilikdə tikinti materiallarının qiymətində 10-12 faiz artım gözlənilir.
Azərbaycan Realtorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Bakupost.az-a bildirib ki, 5-10 faizlik bahalaşma mənzil bazarında ciddi qiymət artımlarına səbəb olmayacaq:

“Tikinti materiallarının qiymətində normadan çox artım olanda proses daşınmaz əmlaka da təsir göstərir. 2020-ci ilə kimi armaturun bir tonunun qiyməti 780 manat idi. Qarabağda kütləvi inşaat işlərinin başlaması ilə armaturun qiyməti də kəskin artdı. İndi tonu 1200 manatdır. Bu kimi artımlar sözsüz ki, tikinti bazarına da ciddi təsir edir. İndiki vəziyyətdə 2020-ci illə müqayisədə Bakı şəhəri üzrə qiymət artımı təxminən 70 faiz civarındadır. Bölgələrdə isə bu göstərici 20-40 faiz arasında oldu”.

Bunları analiz edərək, həmsöhbətimiz belə qənaətə gəlir ki, inşaat materiallarının qiymətində 10 faizlik artımın daşınmaz əmlak sektoruna elə də təsiri olmayacaq:

“Köhnə əmlakların qiyməti bazardakı tələbata uyğun formalaşmaqda davam edir. İstehlakçıya təzə ev tikməkdənsə, köhnə evləri almaq daha sərfəlidir. Çünki təzə ərsəyə gələn əmlak indiki dövrdə daha baha olur”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar