Ru
16:53 / 08 May 2026

Tokayev BMT-nin növbəti Baş katibi ola bilər

Tokayev BMT-nin növbəti Baş katibi ola bilər
Eye

Ekspertlər arasında aparılan diskussuyalar və xarici mətbuatın yaydığı məlumatlara görə, Qazaxıstan Prezidenti Qasım Comart Tokayevin BMT Baş katibi postuna namizədliyi irəli sürülə bilər.

Bakupost.az xəbər verir ki, hələlik bu məsələ rəsmi təsdiqini tapmayıb.

Amma BMT-nin hazırkı baş katibi Antoniu Quterrişin həmin postda ikinci müddətinin başa çatması ərəfəsində Tokayevlə bağlı fikirlər geniş yayılmağa başlayıb.

Bu əsasda iddia edilir ki, böyük diplomatik təcrübəyə malik Tokayev sözügedən vəzifəyə potensial namizəddir.

Xatırladaq ki, Tokayev 2011-2013-cü illərdə BMT Baş katibinin müavini vəzifəsində çalışııb.

Qeyd edək ki, təşkilatın hazırkı rəhbəri António Guterres 2026-cı ilin sonunda vəzifəsindən gedəcək.

Bu fonda həmin posta namizədlər arasında Tokayevdən başqa, MAQATE-nin baş direktoru Rafael Qrossi, Çilinin keçmiş prezidenti Mişel Baçelet, Seneqalın keçmiş prezidenti Maki Sall və BMT Ticarət Konfransının prezidenti Rebekka Qrinspanın adları da çəkilir.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar