Ru
12:05 / 02 Mart 2026

“Traktor” Bakıya səsləndi – “Güneyi qorumaq lazımdır!”

“Traktor” Bakıya səsləndi – “Güneyi qorumaq lazımdır!”
Eye

Traktor Klubu bölgədəki kritik vəziyyətə diqqət çəkərək Azərbaycan Respublikasını və Türkiyəni Güney Azərbaycanı qorumaqla bağlı çağırış edib.

Bakupost.az xəbər verir ki, klubun rəsmi sosial şəbəkə səhifəsində etdiyi paylaşımda bölgədə vəziyyətin çox gərgin olduğu, ölkənin bombalandığı və rejimin hər an süqut edə biləcəyi qeyd olunub.

“Hazırda Güney tamamilə müdafiəsizdir və bu getdikcə daha aöır hala gələ bilər!

Cənubluların heç vaxt istəməyəcəyi biri rejimin yerini tuta bilər. Biz, Azərbaycan türkləri olaraq, bunu qətiyyən qəbul etmirik və istəmirik!

Türkiyə və Şimali Azərbaycan… Rejimin tamamilə süqutu halında, bu ərazinin nəzarətinin faşistlərin əlinə keçməməsi üçün Güney Azərbaycan torpaqlarını tez bir zamanda qorumaq lazımdır!

Vaxt gəldi! Qardaşlarınızı bu çətin vəziyyətdə tək qoymayın”, - paylaşımda qeyd olunub.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar