Ru
11:55 / 02 Mart 2026

Tramp müharibənin müddətini açıqladı

Tramp müharibənin müddətini açıqladı
Eye

ABŞ prezidenti Donald Tramp bildirir ki, İranla hərbi əməliyyatın təxminən dörd həftə davam edəcəyini gözləyir.

Bakupost.az xəbər verir ki, Tramp Britaniyanın “The Daily Mail” qəzetinə verdiyi müsahibəsində bildirib ki, “Bu prosesi dörd həftə kimi planlaşdırmışıq. Təxminimiz odur ki, elə bu qədər də çəkəcək”.

O əlavə edib ki, İran böyük ölkədir və əməliyyat çox güclü olsa da, daha az da davam edə bilər.

Bildirilib ki, ABŞ və İsrailin həyata keçirdiyi zərbələr nəticəsində İranın ali lideri öldürülüb və ölkənin müdafiə imkanları ciddi şəkildə zəiflədilib.

Bu açıqlama ABŞ-nin regiondakı hərbi planları və İranla potensial müharibə müddəti barədə ilk rəsmi açıqlamalardan biridir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar