Ru
12:59 / 02 Mart 2026

Xətaidə kanalizasiya problemi – Yağış suyu zirzəmilərə dolur – VİDEO

Xətaidə kanalizasiya problemi – Yağış suyu zirzəmilərə dolur – VİDEO
Eye

Lyukların asfalt altında qalması, binanın zirzəmisində antisanitar vəziyyətin yaranmasına səbəb olub. Xətai rayonu, Xudu Məmmədov küçəsi 41 ünvanındakı bina sakinləri aylardır günə bu mənzərə ilə başlayırlar. Sakinlər iddia edirlər ki, zirzəmiyi dəfələrlə öz vəsaitləri hesabına təmizlətsələr də, hazırda problem daha da dərinləşib. Çirkab suları zirzəmiləri basıb, infeksiya isə mənzillərə yayılır.

BakuPost.az xəbər verir ki, bu barədə “Xəzər xəbər”də video süjet yayımlanıb.

Qeyd olunur ki, bardürlər düzgün quraşdırılmayıb, hər bir şey dağılmış vəziyyətdədir. Asfalt yola meyli olmağı əvəzinə əksinə binaya meyillidir. Yağış yağan kimi sular binanın zirzəmisinə dolur. Binada antisanitariya vəziyyəti yaranıb. Kanalizasiya quyularının arasındakı bəlli bir məsafə var, hamısının lyukları var. Yol təsərrüfatı işçiləri işlərini “optimizasiya” edərək lyukların üstünü asfaltlayıblar.

Sakinlərin sözlərinə görə, asfalt örtüyü düzgün salınmayıb. Meyillilik binaya doğru olduğundan yağış suları da zirzəmiyə axır. Lyuk qapaqları asfaltlandığı üçün açılmır və nəticədə çirkab sularının qarşısını almaq mümkün olmur.

Sakinlər bildirir ki, qapaqlar açılmadığından quyulara müdaxilə etmək olmur: “Bu zaman da hermetiklik pozulur, sular zirzəmilərə dolur. Bəzən zirzəmidə çirkab suyun hündürlüyü qırx-əlli santimetrə çatıb. Əslində bu işi görmək, asfalt çəkiləndən sonra həmin yer kəsilməlidir və iş səlis görülməlidir. Ancaq görünür ki, bunu etmək istəmiyiblər”.

Sakinlər bildirib ki, iy qoxudan yaxın durmaq olmur:

“Bu kanalizasiya xətti nədənsə çox tez tutulur. Aydın məsələdir ki, antisanitar vəziyyət yaranır və üfunət ətrafı bürüyür”.

Məsələ ilə bağlı iri şəhərlərin birləşmiş su təchizatı xidmətinə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, vəziyyət yeni iş həftəsinin ilk iş günü araşdırılacaq. Xətai Rayon İcra Hakimiyyətindən isə sorğuya cavab verməyib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar