ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpini Rusiya və Şimali Koreya liderləri ilə birlikdə ABŞ-yə qarşı plan qurmaqda ittiham edib.
Bakupost.az -ın xəbərinə görə, Tramp bu açıqlamanı Pekində Qələbə Günü paradında – Çinin hərbi gücünü nümayiş etdirdiyi vaxtda verib.
"Truth Social" platformasında paylaşım edən Tramp yazıb:
“Birləşmiş Ştatlara qarşı sui-qəsd planlaşdırarkən Vladimir Putinə və Kim Çen Ina ən səmimi salamlarımı çatdırın.”
Prezident həmçinin İkinci Dünya Müharibəsi zamanı Çin üçün ABŞ-nin verdiyi dəstəyə toxunub:
“Çinin Qələbə və Şöhrət uğrundakı mübarizəsində bir çox amerikalı həyatını itirdi. Ümid edirəm ki, onların Qəhrəmanlıq və Fədakarlıqları layiqincə Anılacaq və Xatırlanacaq!”
Aysel,
BakuPost