Donald Tramp administrasiyası saxlanılan miqrantları Luiziana ştatındakı Anqola həbsxanasına göndərməyə hazırlaşır.
Bakupost.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, məhbuslar təxminən 450 çarpayı ilə təmin ediləcək. Sözügedən planın cari ilin sentyabrının əvvəlində həyata keçirilməsi gözlənilir.
Qeyd edək ki, Anqola ABŞ-nin ən böyük həbsxanalarından biridir. WSJ-nin məlumatına görə, miqrantların Luiziana ştatında yerləşdirilməsi ABŞ-yə qeyri-qanuni immiqrantlar üçün yeni mərkəzin tikintisindən pul qənaət etməyə imkan verəcək. Nəşr qeyd edir ki, layihə reallaşarsa, miqrantlar cəzalarını məhbusların 70%-dən çoxunun zorakı cinayətlərə görə məhkum edildiyi müəssisədə çəkməyə məcbur olacaqlar.