Türkiyənin Muğla vilayətində dəhşətli hadisə baş verib. Belə ki, Britaniya vətəndaşı Lisa Ceyn Di Palmanı vuran sürücü avtomobili ilə yenə onun üstündən keçməyə çalışıb.
Bakupost.az xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.
Hadisə zamanı sürücünün sərxoş olduğu bildirilir.
Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb.
Yaralı turist dərhal xəstəxanaya çatdırılıb. Sürücü isə polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Onun sərxoş olub-olmaması ilə bağlı müvafiq ekspertiza təyin edilib.