Ru
10:25 / 01 Avqust 2020

Tramp "TikTok"u qadağan edir

Tramp "TikTok"u qadağan edir
Eye

ABŞ prezidenti Donald Tramp Çinin sosial şəbəkəsi olan "TikTok"u ölkəsində qadağan etmək niyyətindədir.

Bu barədə məlumat Ağ evdən verilib. "Bir haldakı TikTok mövzusuna toxunduq, deyim ki, biz onu ABŞ-da qadağan edirik", deyə dövlət başçısı Floridadan Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə açıqlmasında bildirib.

O, sosial şəbəkəyə qarşı addımların bu şənbə günündən başlaya biləcəyini də istisna etməyib.
Tramp adıçəkilən şəbəkənin hər hansısa ABŞ şirkəti tərəfindən alınmasını da dəstəkləmədiyini bildirib.

Qeyd edək ki, "Bloomberg" Trampın Çinin "ByteDance" çirkətini "TikTok"dakı səhmlərindən imtinaya vadar etməyə çalışması barədə məlumat yaymışdı. Agentlik "Microsoft"un bu səhmləri ala biləcəyini də bildirmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar