Ru
19:58 / 06 Yanvar 2026

Trampın Maduro ilə bağlı bu paylaşımı dünyada TREND YARATDI - FOTO

Trampın Maduro ilə bağlı bu paylaşımı dünyada TREND YARATDI - FOTO
Eye

ABŞ Prezidenti Donald Trampın Venesuela Prezidenti Nikolas Maduro ilə bağlı paylaşımı NIKE üçün reklam effekti verib.


Bakupost.az xəbər verir ki, bu barədə marketoloq Elnur Salehov bildirib.


O bildirib ki, Maduronun saxlanılmasından sonra Trampın paylaşdığl foto dünyada qarışıqlıq yaradıb:


"Şəkildə Venesuela prezidenti Nikolas Maduro adi bir "Nike" idman kostyumunda görünür. Cəmi 4 saniyəlik bir kadr və ya bircə baxış kifayət etdi ki, həmin model bütün mağazalarda "yox"a çıxsın. Sanki insanlar illərdir bu kostyumu gözləyirmiş kimi hər kəs bir anda mağazalara hücum çəkdi.

Amma iş təkcə mağazalarla bitmir, rəqəmlər adamın beynini dumanlandırır. Cəmi 7 saniyə ərzində bu kostyumun satışı rekord həddə çatdı. Google axtarış sistemlərində "Nike jacket" sorğusu elə bir sürətlə artdı ki, algoritmlər belə bu dalğanı tutmaqda çətinlik çəkirdi. Dünya üzrə yaranan bu qlobal trendin coğrafiyasına baxanda isə mənzərə daha da maraqlı hal alır. Sən demə, bu gödəkçəyə ən çox ehtiyacı olanlar heç də Nyu-Yorkun dəbli gəncləri deyilmiş.

Xəritələrə diqqətlə baxanda görürük ki, ən böyük aktivlik Çili, Albaniya, Puerto-Riko, Venesuela və Yamaykada qeydə alınıb. Statistikalar göstərir ki, cəmi 11-15 saniyə ərzində bu ölkələrdəki internet istifadəçiləri "Nike"ın rəsmi saytını az qala çökdürüblər.

Siyasətin gətirdiyi bu qəribə populyarlıq brendin marketoloqlarının illərlə xərclədiyi milyonlarla dollarlıq reklam büdcəsindən daha effektiv oldu. Bir tərəfdən siyasi gərginlik, digər tərəfdən isə saniyələr içində bitən stoklar...

Bax, həyat belə qəribədir, bir nəfərin paylaşdığı şəkil uzaq bir ölkədəki fabrikin iş qrafikini alt-üst edir. İndi həmin ölkələrdə hər kəs o məşhur gödəkçənin arxasınca qaçır. Bir şəkil, bir an və dəyişən bir moda dünyası. "Nike" bu təsadüfi reklam sayəsində son illərin ən böyük satış partlayışını yaşadı", - o əlavə edib.

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar