Ru
20:17 / 06 Yanvar 2026

Trampın növbəti hədəfi hansı ölkədir?

Trampın növbəti hədəfi hansı ölkədir?
Eye

"Qrenlandiya ABŞ-yə məxsus olmalıdır".


Bakupost.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın Baş Qərargah rəisinin müavini Stiven Miller CNN-ə müsahibəsində bildirib.

"Hazırkı ABŞ Administrasiyanın rəsmi mövqeyi əvvəldən bəllidir: Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. Prezident bu barədə çox açıq danışıb", - o, deyib.

Miller aparıcının qoşunların yerləşdirilməsi ehtimalı ilə bağlı sualına birbaşa cavab verməkdən yayınsa da, "heç kim Qrenlandiyanın gələcəyi ilə bağlı Birləşmiş Ştatlarla hərbi münaqişəyə girməyəcək", - deyə söyləyib.

Qeyd edək ki, Qrenlandiya Danimarka krallığına daxil olan muxtar ərazidir. Ağ Ev rəhbəri Donald Tramp həm 2017-2021-ci illərdə ilk prezidentliyi dövründə, həm də ikinci prezidentliyi dövründə dəfələrlə Qrenlandiyanın ABŞ-yə qatılmalı olduğunu bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar