Türkiyənin məşhur “Ahaber.com.tr” saytı Qarabağla bağlı yazdığı xəbərdə ciddi yanlışlığa yol verib.
“BakuPost” xəbər verir ki, Qarabağ könüllüsü, Birinci Qarabağ savaşının iştirakçısı Müşfiq Abbasovu “Bu Şəhərdə”nin ssenaristi Müşfiq Abbasovla səhv salıblar. Belə ki, döyüşçü Müşfiq Abbasovun oğlanları ilə birlikdə şəhid olması ilə bağlı xəbərdə onu komediya ustası, “Bu Şəhərdə”nin yaradıcısı kimi təqdim ediblər.
Oxucular da şəhid olan şəxsin “Bu Şəhərdə”dəki Müşfiq Abbasov olduğunu düşünüb.