Ru
12:38 / 09 İyul 2026

Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər - VİDEO

Türkiyədə naxçıvanlı sərnişini  vəhşicəsinə döydülər - VİDEO
Eye

Türkiyədə “Araz Turizm” avtobusunun sürücüsü naxçıvanlı sərnişini döyərək xəstəxanalıq edib. Zərbələr nəticəsində sərnişində beyin qanaması baş verib və o, xəstəxanaya yerləşdirilib.

Bakupost.az xəbər verir ki, hadisənin Kağızman şəhəri, İstanbul-İğdır marşrutu üzrə hərəkət edən avtobusda baş verdiyi bildirilib.

Sərnişinlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, mübahisə avtobusun yolda əlavə sərnişin götürmək üçün tez-tez və uzun fasilələr verməsindən sonra yaranıb. Şahidlər sürücünün sərnişini avtobusdan zorla düşürərək döydüyünü bildirirlər.

Qeyd olunub ki, naxçıvanlı sərnişinlər belə hallarla tez-tez rastlaşdıqlarını, saatlarla yolda gözlədildiklərini və alçaldıldıqlarını deyirlər.

Lalə Novruz,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar