Ru
13:36 / 29 Oktyabr 2025

Türkiyədə qəzaya düşən azərbaycanlı tələbə 15 gün sonra öldü - FOTO

Türkiyədə qəzaya düşən azərbaycanlı tələbə 15 gün sonra öldü  - FOTO
Eye

Türkiyədə qəzada xəsarət almış azərbaycanlı tələbə Möhlət Bəhlulzadə xəstəxanada vəfat edib.

Bakupost.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza hadisəsi oktyabrın 11-i Alanya şəhərində baş verib.

Belə ki, 62 yaşlı Süleyman T.-nin idarə etdiyi minik avtomobili 27 yaşlı Möhlət Bəhlulzadənin kvadrasiklinə arxadan çırpılıb.

Zərbənin təsirindən ağır xəsarətlər alan Bəhlulzadə xəstəxanaya yerləşdirilib, lakin 15 gün sonra - oktyabrın 26-sı həyatını itirib.

Qəzaya səbəb olan taksi sürücüsü Süleyman T. məhkəmə qərarı ilə həbs edilib.

Qeyd edək ki, M.Bəhlulzadə Alanya Alaaddin Keykubat Universitetinin tələbəsi idi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar