Ru
13:15 / 29 Oktyabr 2025

YAP-çı deputat Kəramət Böyükçölün videosunu paylaşdı - QALMAQAL

YAP-çı deputat Kəramət Böyükçölün videosunu paylaşdı - QALMAQAL
Eye

Milli Məclisin daha bir deputatının sosial şəbəkə paylaşımı qalmaqal yaradıb.

Bakupost.az Demokrat.az-a istinadla xəbər verir ki, YAP-çı deputat Aydın Hüseynov yazıçı Kəramət Böyükçölün Milli Məclisi tənqid edən fikirlərini bəyənərək, paylaşım edib. Deputatın bu hərəkəti isə birmənalı qarşılanmayıb.

Aydın Hüseynov sayta açıqlamasında məsələyə belə reaksiya verib:

"Telefonum qardaşım oğlunda olub, texniki səhvdir, rəsmi paylaşılan bir şey deyil. Burada gündəm olunası heçnə yoxdur".

Xatırladaq ki, bir neçə gün öncə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Facebook hesabında jurnalist Rahim Hacıyevin AXCP sədri Əli Kərimli haqda yazdığı qısa məqaləni paylaşıb. Sözügedən məqaləni Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 55 saylı Siyəzən - Quba - Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədli də bəyənib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar