"Mənə aşiq olmamaq qeyri-mümkündür. Söhbət gözəllikdən getmir, eyni zamanda səsim, sənətim, insanlığım göz qabağındadır. Bunların hamısı məndə bir-birini tamamlayır".
Bakupost.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Tacir Şahmalıoğlu deyib.
Müğənni bəzi sənət yoldaşlarının ona aşiq olduğunu vurğulayıb:
"Səsimə və sənətimə aşiq olanlar çoxdur".
Tacir Şahmalıoğlu duet oxumaq üçün həmin həmkarlarından təkliflər aldığını qeyd edib:
"Amma qəbul etmirəm, gecdir. Vaxtım da yoxdur, işlərim çoxdur. Duet oxumaq üçün vaxt lazımdır. Amma Mətanət Əsədova və Zeynəb Həsənli ilə planlarımız var. İşlər alınsa, onlarla bağlı planlarımızı həyata keçirəcəyik”.