Ru
17:17 / 29 Oktyabr 2025

Robot tozsoran aldı - Evinin bütün sirləri yayıldı

Robot tozsoran aldı - Evinin bütün sirləri yayıldı
Eye

Adi bir təmizlik vasitəsi kimi görünən robot tozsoran faktiki olaraq casus çevrilib. Bunu texnologiya üzrə mütəxəssis Harişankar Narayanan aşkar edib. O, öz tozsoranının evinin planları və şəxsi məlumatlarını gizli şəkildə xarici serverlərə göndərdiyini üzə çıxarıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 300 dollar dəyərində olan “iLife-A11” modelindən olan robot tozsoranı araşdıran mütəxəssis cihazın istifadəçinin razılığı olmadan istehsalçı şirkətə müntəzəm məlumat göndərdiyini müəyyən edib. Məlumat ötürülməsini dayandırmağa çalışdıqda robot ani olaraq kilidlənib.
Mütəxəssis ehtimal edir ki, ola bilsin, tozsoran istehsalçı tərəfindən uzaqdan deaktiv edilib.

Daha bir diqqətçəkən məqam odur ki, Narayanan robot tozsoranın texniki vasitə ilə evin xəritəsini çıxarıb istehsalçıya göndərdiyini aşkarlayıb.

Narayanan ağıllı ev cihazlarının təhlükəsizliyi ilə bağlı ciddi xəbərdarlıq edib:

“Evimiz, çoxunu tanımadığımız şirkətlərlə bağlı kameralar, mikrofonlar və sensorlarla doludur. Bir sətir kodla bunların hamısı sizə qarşı silaha çevrilə bilər”.

Mütəxəssisin tapıntıları göstərir ki, ağıllı ev texnologiyaları yalnız təmizlik deyil, həm də gizli izləmə vasitəsi kimi istifadə oluna bilər. Belə cihazlar həm məlumat təhlükəsizliyi, həm də istifadəçi məxfiliyi baxımından yeni risk yaradır.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar