Moskva vilayətinin Odintsovo rayonundakı Trixqorka bağ massivində faciə baş verib.
Bakupost.az "SHOT" Teleqram kanalına istinadən xəbər verir ki, hadisə fərdi yaşayış evində qeydə alınıb.
Ailəsi ilə birlikdə nənə və babasının evinə qonaq gətirilən iki aylıq körpə həyətə çıxarılıb, it isə evin içinə bağlanıb. Lakin ev sahibləri fərqinə varmadan it (Alyaska malamutu) həyətə çıxaraq uşaq arabasını aşırıb və körpəni dişləyib. Uşaq hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, it bundan əvvəl heç vaxt aqressiya nümayiş etdirməyib. İlkin ehtimala əsasən, o, uşaqla oynamaq istəyib, lakin gücünü hesablaya bilməyib. Hazırda heyvanın zərərsizləşdirilməsi məsələsi müzakirə olunur.
Hadisə ilə bağlı İstintaq Komitəsi və prokurorluq araşdırma aparır.
Aysel, BakuPost