Ru
22:47 / 19 Avqust 2025

Türkiyənin həmləsi İsraildə qorxu yaratdı: 2 ölkə hərkətə keçir

Türkiyənin həmləsi İsraildə qorxu yaratdı: 2 ölkə hərkətə keçir
Eye

Misir Türkiyənin yerli istehsal etdiyi beşinci nəsil “KAAN” döyüş təyyarəsi layihəsində iştirak etməyə hazırlaşır.

Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “The Arab Weekly” nəşri məlumat yayıb.

Qeyd olunub ki, bu addım həm Ankara-Qahirə münasibətlərində yeni mərhələ, həm də Yaxın Şərqdə güc balansını dəyişdirə biləcək strateji əməkdaşlıq kimi qiymətləndirilir.

Layihəyə Misirin də qoşulması təkcə iki ölkənin əlaqələrini möhkəmləndirmir, həm də Şərqi Aralıq dənizi və bütövlükdə region üçün kritik mesaj daşıyır.

Misirin “KAAN”a dəstəyi Türkiyənin F-35 proqramından çıxarılmasından sonra müdafiə sənayesində alternativ axtarışlarını gücləndirir. Bu əməkdaşlıq həmçinin Qahirəyə Vaşinqtonun qabaqcıl silah sistemlərinə giriş məhdudiyyətlərini aradan qaldırmaq imkanı verir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar