Ru
23:33 / 19 Avqust 2025

Fransa Azərbaycana O-nu səfir təyin edibmiş...

Fransa Azərbaycana O-nu səfir təyin edibmiş...
Eye

Fransanın Azərbaycana təyin etdiyi yeni səfirin adı məlum olub.

Bakupost.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin "X" hesabında yazılıb.

Qeyd olunub ki, Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri təyin olunub.

Xanım diplomat da bu barədə "X" hesabında yazıb:

“Azərbaycanda Fransaya, maraqlarımıza və həmvətənlərimizə səfir kimi xidmət etmək mənim üçün böyük şərəfdir. Bu vəzifəni Ann Buayonun yolunu davam etdirərək icra edəcəyəm. Azərbaycandakı səfirliyin komandası ilə birlikdə ölkəmiz və Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan bu regionda Fransa-Azərbaycan əlaqələrini daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm. Görüşənədək”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar