Xarici kanalların birində hava limanı işçiləri haqqında çəkilən proqramda Azərbaycanla bağlı hissə diqqət çəkib.
Bakupost.az xəbər verir ki, İsveçə gedən azərbaycanlı ailənin çamadanında aparılması qadağan olunan məhsullar aşkarlanıb.
Belə ki, gömrük yoxlanışı zamanı azərbaycanlı ailənin çamadanından meyvə-tərəvəz, qida məhsulları müsadirə olunub.
"Bunlar İsveçdən deyil, Azərbaycandandır. AB-dan kənar ölkələrdən AB ərazisinə belə şeylər gətirmək qadağandır. Bunların yox edilməsi əvəzinə cəza ala bilərdiniz. Bunları İsveçə gətirmək cinayət məsuliyyəti daşıyır. Amma sizə cəza vermirik, sadəcə bunları yox edirik. Nəticə etibarı ilə hardasa 6 kq süd məhsulu, 9 kq ət, 3.5 kq meyvə-tərəvəz məhv edilməsi üçün müsadirə olundu. Növbəti dəfə gömrüklə danışın. Beləcə, eyni vəziyyətə düşməzsiniz", - hava limanı işçiləri azərbaycanlı ailəni xəbərdar edib.
Gömrük işçiləri bu məhsulları ailədən alaraq yox edib.
Olay.az-a istinadla videonu təqdim edirik: