Ru
20:19 / 19 Avqust 2025

100 minlik dələduzluq: Qazi həbs edildi

100 minlik dələduzluq: Qazi həbs edildi
Eye

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, Vətən Müharibəsi qazisi, 28 yaşlı İ.Əliyev saxlanılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, zərərçəkmişləri işlə təmin edəcəyinə və təqaüd düzəldəcəyinə dair yalan vədlər verərək 30-a yaxın şəxsdən ümumilikdə 100.000 manata yaxın pulu dələduzluq yolu ilə mənimsəyib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Onun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar