Ru
11:40 / 17 Oktyabr 2025

Üç tanınmış hakim işdən çıxarılacaq

Üç tanınmış hakim işdən çıxarılacaq
Eye

Bakı Ağır Cinayətlər Məhkəməsi üç hakimi ilə yollarını ayıracaq.

Bakupost.az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, uzun illərdir eyni məhkəmədə fəaliyyət göstərən hakimlər-Novruz Kərimov, Rasim Sadıxov və Cavid Hüseynov yaş həddi ilə bağlı təqaüdə çıxacaqlar.

Artıq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Onlar araşdırdıqları son işləri yekunlaşdırdıqdan sonra fəaliyyətlərini başa vuracaqlar.

N.Kərimov, R.Sadıxov və C.Hüseynov indiyədək bir sıra səs-küylü cinayət işlərinə baxıblar və bu işlərdə hakim kollegiyasının tərkibində iştirak ediblər.

Qeyd edək ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin başqa bir hakimi Anar Sadıqov da öz ərizəsi ilə vəzifəsindən ayrılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar