Ru
15:00 / 30 İyul 2025

Ukrayna Bakı ilə Moskva arasında gərginliyi artırır - Rusiya XİN

Ukrayna Bakı ilə Moskva arasında gərginliyi artırır - Rusiya XİN
Eye

Ukrayna, Rusiya ilə Azərbaycan arasındakı ziddiyyətlərdən öz məqsədləri üçün istifadə etməyi, bu dövlətlər arasında milli zəmin üzərində nifrət və düşmənçilik yaratmağı planlaşdırır.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Bizdə olan məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti mövcud Rusiya-Azərbaycan ziddiyyətlərindən milli zəmində nifrət və düşmənçiliyin qızışdırılması üçün istifadə etmək niyyətindədir. Xüsusilə, Rusiyadan gedənlər vasitəsilə mükafat müqabilində Rusiya bayrağı altında Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı təxribat törətmək planlarından xəbərimiz var. İdeya ondan ibarətdir ki, bu cür təxribatlar uğurla həyata keçirilərsə, Azərbaycan, Türkiyə və Avropa media məkanında Rusiyanın hansısa təcavüzü ilə bağlı məlumatlar yayılsın”, - o bildirib.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar