Rusiyanın başladığı müharibə səbəbindən Ukrayna iqtisadi çətinlik yaşayarkən Avropa Birliyi (AB) Kiyev hökumətini Kremlinə məxsus dondurulmuş aktivlərdən formalaşdırılacaq kreditlə maliyyələşdirməyi hədəfləyir.
AB, Rusiya hökumətinin Belçika Mərkəzi Bankındakı aktivlərini istifadə edərək Ukraynaya 140 milyard avro kredit ayırmağı planlaşdırır. Lakin maliyyələşdirmə mexanizmi blok ölkələri arasında yaranan fikir ayrılığı üzündən irəliləyə bilmir.
Bakupost.az “The New York Times” (NYT) xəbərinə istinadən yazır ki, avropalı rəsmilər Rusiyanın məhkəməyə müraciət edib pullarını geri tələb edəcəyi halda çətin vəziyyətə düşməkdən narahatdır.
Brüssel riski azaltmaq üçün digər AB ölkələrinin də maliyyə yükünün bir hissəsini öz üzərinə götürəcəyinə dair təminat istəyir, lakin Slovakiya bu tələbin əleyhinə çıxır. Bratislava hökuməti həmçinin Avropa Komissiyasından Ukraynaya vəsait ayırmaq üçün digər variantları nəzərdən keçirməsini tələb edir.
Bununla belə, hər iki alternativdə problemlərin yaranma ehtimalı güclüdür. Birgə borclanma planı faiz xərcləri tələb edəcəyi üçün baha başa gələ bilər. Birbaşa qrant variantı isə artıq borcu olan ölkələrin büdcəsinə əlavə yük olacaq.
Mütəxəssislər real bir “B planı”nın olmadığını qeyd edir. BVF-nin hesablamalarına görə, 2026–2027-ci illər üçün Ukraynanın büdcə kəsiri 65 milyard dollara çatacaq.
Cavid, BakuPost