Ru
21:35 / 01 Dekabr 2025

Uşakovun yazışmaları Rusiyada “Vatsap” qadağasını sürətləndirdi

Uşakovun yazışmaları Rusiyada “Vatsap” qadağasını sürətləndirdi
Eye

Rusiya hökumətində “WhatsApp”a qarşı sərtləşdirilən addımların səbəblərindən biri Putinin xüsusi nümayəndəsi Yuri Uşakovun diplomatik yazışmalarının sızması ola bilər.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının informasiya siyasəti komitəsi sədrinin birinci müavini Anton Qorelkin bildirib.

Onun sözlərinə görə, məxfi danışıqların yayımlanması rəsmi dairələri messencerə qarşı daha sərt qərarlara sürətləndirib.

Qorelkin iddia edir ki, hakimiyyət belə qənaətə gəlib: “WhatsApp” təkcə qanunsuz istifadəyə göz yummur, hətta öz platformasında baş verən proseslərdə dolayısı ilə iştirak edir. Bu açıqlama “Bloomberg”in 25 noyabrda Uşakovun amerikalı nümayəndələr - Stiv Uitkoff və Kirill Dmitriyevlə danışıqlarının transkriptini dərc etməsindən sonra gəlib. Uşakov ertəsi gün söhbətlərin bir hissəsini həqiqətən də “WhatsApp” vasitəsilə apardığını təsdiqləmişdi.

Qorelkin “WhatsApp”ın mərhələli bloklanmasını dəstəkləyən ilk deputat deyil. Bir gün əvvəl Dövlət Dumasının profil komitəsi artıq milli alternativ platforma “Мах”ın inkişafını “WhatsApp”ın yerini doldura biləcək səviyyədə “tamamlanmış” elan etmişdi.

28 noyabrdan etibarən “Roskomnadzor” messencerdə ilk məhdudiyyətləri tətbiq edib və istifadəçilərə rus analoqlarına keçməyi tövsiyə edib. Qurum xəbərdarlıq edib ki, tələb olunan şərtlər yerinə yetirilməsə, “WhatsApp” Rusiyada tam bloklana bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar