Ru
13:45 / 30 Avqust 2020

Uşaqlar bağçaya neçə yaşda aparılmalıdır? - Bağçanın uşağın inkişafına təsirləri

Uşaqlar bağçaya neçə yaşda aparılmalıdır? -  Bağçanın uşağın inkişafına təsirləri
Eye

Uşaqlar daim inkişaf edirlər. Kiçik yaşlarda öyrəndikləri, kəşf etdikləri hər bir məlumat gələcək həyatlarına öz təsirini göstərir.

2-3 yaşdan etibarən uşaqlar özlərini keşf etməyə, eyni zamanda ətrafdakıları daha yaxşı anlamağa başlayırlar.

2 yaşdan etibarən uşaq özünü təsdiq etməyə çalışır. "Mən burdayam, ən güclüyəm, hər şey mənimdir" kimi ifadələr işlədirlər. Qısası, uşaqda 2 yaş sindromu yaranır.
Bu sindromla yanaşı, uşaqda özünə inam da sürətlə inkişaf etməyə başlayır. Çünki özünü təsdiq etmək üçün hər işə müdaxilə edir, varlığını göstərmək istəyir. Bunları etmək üçün isə özgüvən lazımdır.

3 yaşdan etibarən uşaq artıq evdə vaxt kecirməkdən sıxılır. Beləliklə, 3 yaş uşağın bağçaya getməyi üçün ən ideal zamandır. Bağça uşağınızın sosiallaşmasına da çox böyük təsir edir. Yeni insanlarla tanış olur, hər uşaqdan yeni bir şey öyrənir və s.

Övladınızın 3 yaşında hələ də tualet problemi varsa, əvvəlcə bunu həll edib daha sonra bağçaya göndərmək lazımdır. Bundan başqa, uşaq danışmırsa, yenə də bağçaya gedə bilər. Çünki uşaqda nitqlə bağlı problem varsa, deməli, müəyyən gecikmələr var. Bu gecikmələr isə ev şəraitində keçib getmir. Uşaq yavaş-yavaş sosiallaşmalıdır ki, nitqi də inkişaf etsin. Amma bağçaya məhz nitqi düzəlsin deyə göndərmək də tamamilə yanlışdır. Bağça bunun üçün sadəcə vasitədir. Bununla yanaşı, loqopedlerdən də yardım almaq kömək edəcək.

Bəzən valideynler 3 yaşlı uşağın bağçaya getməyini erkən hesab edir. Uşağınız sərbəst gəzə bilir, danışa bilir, evdə vaxt keçirməkdən sıxılır ve valideynlər işləyirsə, vaxt itirmədən uşağınızı bağçaya göndərə bilərsiniz. Çünki bağçalar uşağın məktəbdən əvvəlki təməlləri üçün önəmlidir.

Bağça sayəsində uşaq müəyyən oyun terapiyalarında iştirak edir, paylaşmağı, əmək sərf etməyi öyrənir və ən əsası sosiallaşır.

Psixoloq Fərqanə Mehmanqızı

Şərhlər
  • Təranə Mahmudova

    Mənim qızlm 1yaş 6aylıqdı işlədiyim üçün bağçaya qohmaq istəyirəm qəbul edirlər?

  • Aysel Babayeva

    6 aylıq uşagı bağcaya üəbul edirsiz ?

  • leyla ferecova

    bagcadan usaq nece yasina kimi cixarilir qayda qanunla 5 yasdi yoxsa 6

  • Nazənin Hüseynli

    1yas 3 ayliq uşaği görürsünüzmü

  • Qeribova Anare

    Bagcadan usaq nece yasına kimidi çıxarılır qayda qanunla 6yasdı 7

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar