Ru
10:23 / 02 Mart 2026

Vahid Ələkbərov sərvətini 25 milyard dollara çatdırdı

Vahid Ələkbərov sərvətini 25 milyard dollara çatdırdı
Eye

“Lukoil” neft şirkətinin təsisçisi, Azərbaycan əsilli Vahid Ələkbərov 2,4 milyard dollar qazanaraq sərvətini 25 milyard dollara çatdırıb.


Bakupost.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq Milyarders Indeks”i hesabatını paylaşıb.

Məlumata görə, Rusiyanın ən varlı iş adamlarının sərvəti ötən ay 10,6 milyard dollar artıb. “EuroÇem” və “SUEK” şirkətlərinin həmtəsisçisi Andrey Melniçenkonun sərvəti bu dövrdə 2,16 milyard dollar artaraq 21,1 milyard dollara çatıb.

“Teleqram”ın həmtəsisçisi Pavel Durov isə ən böyük itki ilə üzləşib. Belə ki, onun sərvəti 2,24 milyard dollar azalaraq 12,1 milyard dollara düşüb.

Qeyd edək ki, Vahid Ələkbərov dünyanın ən varlı insanları siyahısında 65-ci pillədə qərarlaşmışdı.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar