Ru
15:29 / 19 Fevral 2026

Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin rəmzi və məntiqi yekunudur

Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin rəmzi və məntiqi yekunudur
Eye

Bakı məhkəməsinin oliqarx Ruben Vardanyanla bağlı qərarı təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük iztirablar gətirmiş təxminən 30 illik münaqişənin rəmzi və məntiqi yekunudur.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycan münaqişənin unikal hərbi-siyasi həlli modelini irəli sürməklə və post-münaqişə dövründə sülh gündəliyini formalaşdıraraq müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərin, o cümlədən Bako Saakyan, Araik Harutyunyan, Ruben Vardanyan və digərlərinin məsuliyyətə cəlb olunmasını təmin edib”,- o qeyd edib.

Hikmət Hacıyev vurğulayıb ki, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu məhkəmə qərarlarının verilməsi həmin faciənin və bütövlükdə münaqişənin günahsız qurbanlarının xatirəsinə dərin bir ehtiramdı.

O qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətdən Nürnberq prosesi, keçmiş Yuqoslaviya və ya Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı kimi tribunalların və ya beynəlxalq məhkəmələrin yaradılmasını gözləyirdi:

"Lakin bugünkü ədalətsiz beynəlxalq şəraitdə hətta hüquq normalarının tətbiqi belə getdikcə daha çox siyasiləşir və ikili standartlara məruz qalır. Buna görə də Azərbaycan açıq məhkəmə prosesləri təşkil edərək öz hüquq sistemi vasitəsilə ədaləti təmin edib və bununla da beynəlxalq ictimaiyyətə nümunə olub".

H. Hacıyev deyib ki, bəzi dairələr, o cümlədən Avropa Parlamentinin və "Amnesty International" kimi təşkilatların üzvləri ağır hərbi cinayətlərdə ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağırış etməsi tamamilə qeyri-etik hərəkətdir:

"Prezident İlham Əliyevin "France 24"ə verdiyi müsahibədə dediyi kimi: “İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin...Onların cinayətləri hətta İkinci Dünya Müharibəsi zamanı nasistlərin etdiklərindən də pis idi”. Cinayət olan yerdə məsuliyyət də olmalıdır və ədalət tam şəkildə təmin edilib. Hərbi cinayətlərdə ittiham olunan şəxsin bəraət alması həmin cinayətlərin legitimləşdirilməsi və cəzanın qaçılmazlığı prinsipinin sarsıdılmasında iştiraka bərabərdir. Davamlı sülh və etnik barışıq ədalət olmadan mümkün deyil. Azərbaycan regional sülh gündəliyinin irəli aparılması və möhkəmləndirilməsi istiqamətində qətiyyətli səylərini davam etdirəcək".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar