Venesuela ABŞ-nin ölkə sahillərindəki fəaliyyəti səbəbindən 25 min hərbçini səfərbər edir.
Bakupost.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduronun sözlərinə görə, onlar Kolumbiya sərhədinə, həmçinin Atlantik və Karib sahillərinə göndəriləcəklər. Maduro səfərbərliyin məqsədinin ölkənin milli suverenliyini və təhlükəsizliyini qorumaq olduğunu deyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ narkokartellərə qarşı əməliyyatlar keçirmək üçün Puerto-Rikoya on ədəd F-35 qırıcı təyyarəsi göndərmişdi.
Aysel,
BakuPost