Aktrisa Pərvin Abıyeva da ölkədə olan bahalaşmaya etiraz edib.
Bakupost.az xəbər verir ki, aktrisa aparıcı Sərxan Kərəmoğlunun qida məhsullarının bahalaşması ilə bağlı videosuna "axsam.az" instaqram səhifəsində münasibət bildirib:
"Qiymətlər, artan vergi, cərimələr və sair... Xalqi düşünən yoxdur, hamı öz cibini düşünür. Az maaş alan insanları, soyuqda küçə süpürən qadınları düşünən yoxdur. Niyə olsun ki... Dəlidilər? Elə hazır özlərini düşünsünlər də... Hamıya onlar kimi dananın biri bütöv getmir ki".
Qeyd edək ki, S.Kərəmoğlu videoaçıqlama yayaraq "Ölkədə bahalaşma gedir. Ətin qiyməti qalxıb. O qalxır, bu qalxır. Tarif Şurasına heç kim müraciət etmir ki, bu ətin qiyməti qalxır, niyə? Yaxşı, otun, yemin qiyməti bahalaşıb" açıqlamasını verib.