Ru
18:26 / 12 Fevral 2026

Vətən müharibəsi şəhidinin 21 yaşlı qardaşı vəfat etdi - Foto

Vətən müharibəsi şəhidinin 21 yaşlı qardaşı vəfat etdi - Foto
Eye

Vətən müharibəsi şəhidi Əli Mehdizadənin kiçik qardaşı Əhməd Mehdizadə vəfat edib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə jurnalist Kamil Həmzəoğlu məlumat verib.

21 yaşlı Ə.Mehdizadə bu gün Lənkəranda uzunsürən xəstəlik səbəbindən həyatını itirib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Əli Mehdizadə 2020-ci il noyabrın 1-i Şuşa istiqamətində şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şücaətə görə” medalları ilə təltif edilib.

Fotoda Əhməd Mehdizadə və anası



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar