Vilayət Eyvazovdan gözlənilməz qərar - Yol polisinin iş rejimi dəyişdi, 10 nəfər qovuldu

  • 11 Okt 2019 12:58
  • 11392 Baxış
Vilayət Eyvazovdan gözlənilməz qərar -  Yol polisinin iş rejimi dəyişdi, 10 nəfər qovuldu
Daxili İşlər naziri Vilayət Eyvazov yol polisi sistemində ciddi dəyişikliklər edib.

BakuPost.az xəbər verir ki, yol polislərinin iş rejimi tamamilə dəyişdirilib, Bakı Şəhər Yol Polisi İdarəsində daha çox “rüşvət otaqları” kimi tanınan kabinetlər ləğv edilib, orada çalışan əməkdaşlar yollarda xidmətə yönəldilib.

Nazirin əmri ilə bu gündən başlayaraq yol polisləri iki gündən bir işləyəcəklər, iş saatı 18:00-da bitəcək. Gecələr isə növbəlilik əsasında çalışacaqlar.

İndiyə kimi sutkada az qala 14 saat işləyən polislər üçün bu, gözlənilməz qərar olub.

Vilayət Eyvazov Bakı Şəhər Yol Polisi İdarəsində təmizləmə işləri də aparıb. Bildirilir ki, onun tapşırığı ilə yoxlamalar aparılıb və 10 nəfər yol polisi əməkdaşı işdən uzaqlaşdırılıb, 20-yə yaxın əməkdaş barədə isə araşdırmalara başlanılıb.

E.Mirzəyev
Baku Post
  • Mətanət
    DAŞKƏSƏN Rayon
  • Elmar
    Sabunçuda šähar d y p xidmata çixanlara nazarat olunsun qaydalari kobudçasina pozular