Almaniyanın aparıcı avtomobil istehsalçıları “Volkswagen”, BMW və “Porsche” genişmiqyaslı ixtisarlara başlayıb.
“Bakupost” xəbər verir ki, buna Çin avtomobil istehsalçılarının qlobal bazarda güclənməsi, elektromobillərə keçid və artan xərclər səbəb olub.
Məlumata görə, “Volkswagen” yüzlərlə rəhbər vəzifəni ləğv edir və 2030-cu ilədək əlavə 50 min iş yerinin ixtisarını planlaşdırır.
“Porsche” ofis əməkdaşları da daxil olmaqla daha 5 min nəfəri, BMW isə 2027-ci ilin sonunadək təxminən 8 min əməkdaşını könüllü ayrılma proqramı çərçivəsində ixtisar etməyi hədəfləyir.
Bildirilir ki, hazırda Almaniyada işdən çıxarılan yüksək vəzifəli menecerlərin sayı açıq vakansiyalardan daha çoxdur. Mütəxəssislər bunu ölkənin avtomobil sənayesində son illərin ən böyük yenidənqurma proseslərindən biri kimi qiymətləndirirlər.
Vüsalə Hüseynova,
BakuPost