Ru
11:18 / 04 İyun 2026

Vuçiçə xəbərdarlıq edildi: “Öldürülə bilərsən!”

Vuçiçə xəbərdarlıq edildi: “Öldürülə bilərsən!”
Eye

Serbiya Prezidenti Aleksandr Vuçiçə sui-qəsd təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Bakupost.az Globalinfo.az-a istindla xəbər verir ki, bu barədə Serbiya Təhlükəsizlik və İnformasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət Prezidentin Monteneqroda keçiriləcək Avropa İttifaqı (Aİ)- Qərbi Balkan sammitinə gözlənilən səfərindən gedir.

Kəşfiyyat məlumatlarına görə, Kavaçki klanının başçısı Radoje Zviçer Monteneqrodadır.

“Bütün peşəkar və məsuliyyətli davranışlara zidd olaraq, Monteneqroda görüşü keçirən xidmətdən dəfələrlə tələb olunan təhlükəsizlik qiymətləndirməsi bizə təqdim edilməyib”, – deyə Serbiya Təhlükəsizlik Şurası əlavə edib.

Qeyd edək ki sözügedən sammit 5 iyunda baş tutacaq. Tədbir Monteneqronun sahilyanı şəhəri olan Tivat şəhərində keçiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar