Ru
17:31 / 30 İyun 2026

"WhatsApp"da yenilik: Telefon nömrəniz görünməyəcək

"WhatsApp"da yenilik: Telefon nömrəniz görünməyəcək
Eye

Dünyanın ən geniş istifadəçi bazasına malik mesajlaşma platforması “WhatsApp”, istifadəçilərə telefon nömrələrini paylaşmadan yalnız fərdi istifadəçi adları vasitəsilə ünsiyyət qurmağa imkan verəcək yeni funksiyanı təqdim edib.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, yenilik mərhələli şəkildə dünya üzrə 3 milyarddan çox istifadəçiyə çatdırılacaq.

Platformadan verilən açıqlamaya görə, istifadəçi adları istənilən vaxt silinə və ya dəyişdirilə biləcək. Sistem tam aktiv olduqdan sonra yeni söhbətə başlamaq üçün telefon nömrəsi əvəzinə istifadəçi adını vermək kifayət edəcək.

Təhlükəsizlik məqsədilə bloklanma və şikayət etmə funksiyaları da saxlanılacaq. İstifadəçi adlarının saxtalaşdırılmasının qarşısını almaq üçün isə məşhurlar və yüksək vəzifəli şəxslər üçün əlavə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Yeni funksiya tam aktivləşdirildikdən sonra fərdi telefon nömrələri profillərdə görünməyəcək, lakin WhatsApp hesabı yaratmaq üçün telefon nömrəsi tələbi qüvvədə qalacaq. Platformada axtarış edilə bilən açıq istifadəçi adı siyahısı da olmayacaq.

Qeyd edək ki, oxşar istifadəçi adı sistemi 2024-cü ildə mesajlajma tətbiqi “Signal” tərəfindən də də tətbiq edilmişdi.

Yasəmən,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar