Ru
11:29 / 23 Yanvar 2026

Xaçatryan əməliyyat olundu

Xaçatryan əməliyyat olundu
Eye

Vaqif Xaçatryan açıq ürək əməliyyatı edilib.

Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Anahit Avanesyan özünün “Facebook” səhifəsində məlumat verib. Nazir açıqlamasında deyib ki, Vaqif Xaçatryanın səhhəti stabildir.

Yanvarın 14-də Azərbaycanın Ermənistana təhvil verdiyi dörd məhbusdan biri olan Vaqif Xaçatryan dünən İrəvanın “Nork-Maraş” Tibb Mərkəzində əməliyyat olunub.

“Əməliyyat uğurlu keçdi. O, reanimasiya şöbəsinə köçürülüb. Əməliyyatın miqyasını nəzərə alaraq, xəstənin vəziyyəti stabil hesab olunur”, – deyə erməni nazir açıqlamasında qeyd edib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar