Ötən gün UEFA Çempionlar Liqasının Əsas Liqa mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Ayntarxt" oyunundan sonra klubun müdafiəçisi Bəhlul Mustafazadənin klubdan ayrılması barədə iddialar gündəmə gəlib.
Bakupost.az xəbər verir ki, Çin klubundan Qarabağa Bəhlul Mustafazadənin transferi ilə bağlı təklif gəlib. Ağdamlılar təklifi az qəbul edib və transferi geri çevirib. Çinlilərin təklif etdiyi məbləğ açıqlanmayıb. Qurban Qurbanov isə heyəti qorumaqda israrlıdı və futbolçunun transferini istəmir
Klub rəsmiləri isə bu barədə yekun qərarın olmadığını bildiriblər.
Qeyd edək ki,UEFA Çempionlar Liqasında Bəhlul Mustafazadə 1 qol, 1 məhsuldar ötürmə (ötən il avqustun 8-də “Qarabağ”ın 3:1 qələbəsi ilə sona çatan “Ferentsvaroş”la səfər oyunun 90-cı dəqiqəsində) ilə yadda qalıb. 29 yaşı 1 ay sonra tamam olacaq futbolçu, 2024 yayında Ağdamlılarla müqaviləsini 3 illik yeniləmişdi. Boyu 1.91 olan və mərkəz müdafiənin hər iki tərəfində oynaya bilən futbolçunun dəyəri 1 miliyon avro qiymətləndirilir.
Gülsüm BakuPost