Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə
Bakupost.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 07:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,3 olub.
Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, aprelin 8-də Xəzər dənizində ən böyüyü 5,3 olmaqla, dörd zəlzələ qeydə alınıb. Aprelin 9-da isə maqnitudası 3,3 olan zəlzələ qeydə alınıb.