Ru
10:25 / 09 Oktyabr 2025

Xocavənddə tələ minası AŞKARLANDI - FOTO

Xocavənddə tələ minası AŞKARLANDI - FOTO
Eye

Xocavənd rayonunda istiqamətlə idarəolunan qəlpələnən MON-50 tələ minası aşkarlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Xəbərə görə, Xocavənd rayonu Tağaverd kəndi ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları zamanı MON-50 tipli Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkar edilib.

Meşəlik və sıx bitki örtüyünə malik çətin relyefli ərazidə aparılan əməliyyatlar zamanı aşkarlanan ağaca quraşdırılmış MON-50 tipli Ermənistan istehsalı olan piyada əleyhinə mina istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir. Qəlpələri 45-55 metrə qədər məhv etmə qüvvəsinə malikdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400-550 ədəd 1 sm ölçüsündə silindr formasında qəlpələr yayılır. Əməliyyat zamanı qeyd edilmiş minanın yaxınlığından tələ məftili vasitəsilə digər minaya bərkidilməsi müəyyən olunub.
Ətraflı

Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması və öldürülməsi üçün istifadə edilir. MON-50 tipli qəlpələnən minalar isə canlıların kütləvi şəkildə məhv edilməsi üçün nəzərdə tutulub.

Daşınması təhlükəli hesab edilən partlayıcı qurğu ANAMA əməkdaşları tərəfindən Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən elektrik üsulu ilə yerindəcə zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.

ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

Xocavənddə tələ minası AŞKARLANDI - FOTO
Xocavənddə tələ minası AŞKARLANDI - FOTO
Xocavənddə tələ minası AŞKARLANDI - FOTO
Xocavənddə tələ minası AŞKARLANDI - FOTO
Xocavənddə tələ minası AŞKARLANDI - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar