Ramazan ayında əvəzolunmaz qida olan xurmanın həm sadə şəkildə, həm də üzərində limonla yemək olduqca faydalıdır.
Bakupost.az Ölkə.az-a istinadən bu faydaları təqdim edir:
Vitaminlər və antioksidanlarla zəngin olan xurma enerjinizi artırır.
Xurma sizi uzun müddət tox saxlamaqla yanaşı, qan şəkərində qəfil sıçrayışların qarşısını alır. Xurma həzmi tənzimləyir və toksinlərin xaric olmasına kömək edir. Buna görə də, bu ləzzətli qida arıqlamağınıza kömək edir.
Kalium mənbəyi kimi, xurma orta miqdarda istehlak edildikdə ürək üçün çox faydalıdır.
Xurmanı limonla birlikdə yeməyin faydaları
Gecələr yatmazdan əvvəl bir limon götürün və xurmanın üzərinə sıxaraq yeyin. Bu üsulla bədəniniz özünü bərpa edəcək və gün ərzində sizə lazım olan enerjini verəcək.
Xurmalar beyin sağlamlığı üçün vacib olan serotonin və norepinefrin əmələ gəlməsinə kömək edən B6 vitamini ilə olduqca zəngindir. Limonla birləşdirildikdə stressdən qoruyur və qocalma prosesini yavaşladır.
Liflə zəngin olan xurma limonla istehlak edildikdə bağırsaq funksiyasını tənzimləyir. Hər gün limonla xurma yesəniz, qəbizlik yaşamayacaqsınız.
Xurma sümükləri gücləndirən kalium, kalsium və maqnezium ehtiva edir. Mütəxəssislər bildirirlər ki, xurma sümükləri gücləndirir və limonla birlikdə istehlak edildikdə osteoporoza qarşı qalxan rolunu oynayır.