Bakıda “Yaban” restoranlar şəbəkəsinin yeddinci pub-restoranının açılışı olub. Restoran Mərdəkan-Buzovna yolunun üstündə, Ruhulla Axundov küçəsində, "Qədim Qəbələ" restoranının yanında yerləşir.
Pub-restoranda qonaqların vaxtını əyləncəli keçirmələri üçün komfortlu şərait yaradılıb: açıq havada masalar quraşdırılıb, söhbətgahlar və ayrıca kabinetlər fəaliyyət göstərir.
Ziyarətçilər hər gün canlı musiqi sədaları altında restoran üçün xüsusi hazırlanmış yeməklərdən, eləcə də dünyaca məşhur brendlərin müxtəlif pivələrindən dada bilərlər.
Çeşidlərə dünyanın aparıcı brendlərinin süzülmüş məhsulları daxildir: Almaniyanın “Erdinger”, “HB München”, “Weihenstephan”, “Franziskaner”, “Bitburger”, “Benediktiner”, Belçikanın “Leffe”, “Blanche de Bruxelles”, “Stella Artois”, “Hoegaarden”, Çexiyanın “Pražačka” və “Budweiser” pivələri, həmçinin xüsusi resept əsasında hazırlanmış, açıq və tünd “Yaban Special” pivəsi.
Ziyarətçilərə həmçinin butulkalarda qablaşdırılmış pivələrin geniş çeşidləri təklif olunur: Belçikanın albalı “Blanche de Bruxelles”, Rusiyanın "Jiquli" və alkoqolsuz "Baltika"sı, “HB München”, Çexiyanın “Pražačka” və “Budweiser”, “Blanche Rose”, “Blanche de Bruxelles”, “Hoegaarden”, “Stella Artois”, Almaniyanın “Weihenstephan&Erdinger” (alkoqolsuz), Türkiyənin “Efes” (alkoqolsuz və süzülmüş), “Miller”, eləcə də Meksikanın “Corona” pivələri. Bundan əlavə, “Efes” (Türkiyə), “Jiquli” və “Baltika” (Rusiya) pivələri çəlləklərdən də satılır.
Qonaqlar avtomobillərini park edərkən çətinliklə üzləşməyəcəklər: restoranın öz dayanacağı var.
"Yaban" restoranlar şəbəkəsi öz fəaliyyətinə 2008-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, 50 ünvanında - “Neftçi” idman bazasının yaxınlığında açılmış ilk restoranı ilə başlayıb. Özünün orijinal üslubu, ləzzətli yeməkləri və keyfiyyətli xidməti sayəsində restoran müştəriləri arasında populyarlıq qazanıb. Zaman keçdikcə şəbəkə genişlənib və Azərbaycanın tanınan brendlərindən birinə çevrilib.
Bu gün "Yaban" şəbəkəsinin filialları paytaxtın müxtəlif yerlərində - Baki bulvarı ərazisində, Su İdmanı Sarayı, həmçinin Dövlət Bayrağı Meydanı yaxınlığında, Nərimanov rayonunda Aşıq Molla Cümə küçəsində, Xətai rayonunda Sabit Orucov küçəsində və Yasamal rayonunda Həsən Məcidov küçəsində fəaliyyət göstərir.
Yaban PUB özünəməxsus üslubu, çeşidli menyusu və yüksək xidmət səviyyəsi ilə özünü doğruldub. Bu gün brend haqlı olaraq Azərbaycan restoran industriyasında aparıcı yerlərdən birini tutur.
Mərdəkandakı "Yaban" restoranı artıq müştərilərə xidmət göstərməyə başlayıb. İyulun 27-dən isə “Sea Breeze” kompleksində filialı açılacaq və ziyarətçiləri qəbul etməyə hazır olacaq.