Ru
19:24 / 01 Dekabr 2025

Yasamalda yanan bina ilə bağlı SON DURUM: Prokurorluq...

Yasamalda yanan bina ilə bağlı SON DURUM: Prokurorluq...
Eye

Noyabrın 21-də baş verən yanğında zərər görmüş Yasamal rayonundakı çoxmərtəbəli yaşayış binasında bərpa-təmir işlərinə start verilib.

Bakupost.az xəbər verir ki, bu barədə Musavat.com-a bina sakini, jurnalist Heydər Mirzə məlumat verib.

Onun sözlərinə görə, prosesin ilk mərhələsi kimi binaya elektrik verilişinin bərpası istiqamətində işlər görülür.

“Hüquq-mühafizə orqanları bərpa prosesini sürətləndirib. Prokurorluq bizdən tələb olunan məbləği və görüləcək işlərin siyahısını istədi. Biz smetanı ekspertiza ilə birlikdə təqdim etdik. Prokurorluq təmir işlərini üzərinə götürə biləcək şirkəti tövsiyə etdi və bildirdilər ki, işlər ən qısa müddətdə və ən yüksək keyfiyyətdə yerinə yetiriləcək. Biz öz seçdiyimiz şirkəti dəvət edib onun təklifini ekspertizadan keçirdik. Artıq hüquq-mühafizə orqanlarının məsləhət gördüyü şirkət işə başlayıb. Vəd edilib ki, yaxın günlərdə elektrik enerjisinin verilişi və liftlərin fəaliyyəti bərpa olunacaq. Bu, ən prioritet məsələdir.

Şirkət yerli və hüquqi statuslu qurumdur. Çəkilən bütün xərclər cinayət işinin materiallarına daxil ediləcək və qarşı tərəf – təqsirləndirilən şəxs həmin məbləği şirkətin hesabına ödəməlidir. Hazırda elektrik şəbəkəsinin bərpası üzrə işlər gedir, binada 4-5 ailə yaşayır”, - deyə jurnalist bildirib.


Qeyd edək ki, noyabrın 21-də baş vermiş yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı həyatını itirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar